“Axios”: Tramp İranla bağlı sanksiyaların yumşaldılmasını nəzərdən keçirir
29 Sentyabr 2026 09:26   Paylaş

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret irəliləyiş əldə olunacağı halda, Tehrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.

"Stabil.az" xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadla məlumat yayıb.

ABŞ rəsmisinin sözlərinə görə, Tramp, həmçinin İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasına hazırdır. O, bununla bağlı əlavə məlumat verməyib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol