Avstriyada silahlı insident 3 nəfərin ölümü ilə nəticələnib
7 May 2026 17:58   Paylaş

Avstriyanın Lints şəhərində restoran yaxınlığında baş verən atışma nəticəsində üç nəfər həyatını itirib.

"Stabil.az" xəbər verir ki, bu barədə "Kronen Zeitung" nəşri məlumat yayıb.

Bildirilib ki, yaşlı kişi iki qadını, daha sonra isə "Lüftner" otelinin yaxınlığındakı restoranın yanında gənc bir qadını güllələyib, bundan sonra isə intihar edib.

Hazırda genişmiqyaslı əməliyyat keçirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol