Avstriyada qatarı qaçırmağa cəhd edən şəxs həbs edildi
27 Yanvar 2026 17:06   Paylaş

Avstriyanın Sankt-Valentin şəhərində dəmiryol vağzalında qatarı qaçırmağa cəhd edən Rumıniya vətəndaşı saxlanılıb.

"Stabil.az" xəbər verir ki, bu barədə OE24 telekanalı məlumat yayıb.

Məlumata görə, 37 yaşlı kişi lokomotivin pəncərəsini çəkiclə sındıraraq sürücü kabinəsinə daxil olub. O, lokomotivi işə salmağa çalışsa da, bunun üçün necə hərəkət edəcəyini bilmədiyi üçün uğursuz olub.

Saxlanıldığı zaman hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərən şəxs nəticədə iki polis əməkdaşının xəsarət almasına səbəb olub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol