Avstraliyada təyyarə qəzası: 2 ölü, 10 yaralı
29 Aprel 2026 16:51   Paylaş

Avstraliyada Parafild hava limanı yaxınlığında yüngül mühərrikli təyyarənin qəzaya uğraması 2 nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub.

"Stabil.az" xəbər verir ki, bu barədə Cənubi Avstraliya ştatının polisi açıqlama yayıb.

Qəza nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Məlumata görə, təyyarə eniş edərkən anqara çırpılıb. Nəticədə yanğın baş verib.

Təyyarənin göyərtəsində olan hər iki şəxs hadisə yerində ölüb. Yaralananlar isə anqarın yaxınlığındakı insanlar olub. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol