Avstraliyada quş qripi virusuna dair ilk şübhəli hal qeydə alınıb
19 İyun 2026 16:20   Paylaş

Qərbi Avstraliyada köçəri quşlar üzərində aparılan ilkin testlər yüksək patogenli H5N1 quş qripi virusuna şübhəli müsbət nəticə verib.

"Stabil.az" SBS Avstraliya xəbər korporasiyasına istinadla xəbər verir ki, nümunələr təsdiqləyici analiz üçün Avstraliya Xəstəliklərə Hazırlıq Mərkəzinə göndərilib. Nəticələrin iyunun 20-də açıqlanacağı gözlənilir.

Federal kənd təsərrüfatı naziri Culi Kollins bildirib ki, yüksək patogenli H5N1-in təsdiqlənməsi gözlənilməz olmasa da, ciddi xəbərdarlıq siqnalı olacaq. Onun sözlərinə görə, vəziyyətin idarə olunması üçün müvafiq hazırlıq tədbirləri görülüb.

Qeyd edək ki, 2020-ci ildən bəri yüksək patogenli H5N1 virusu Avstraliya materiki istisna olmaqla bütün qitələrdə yayılıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol