Avstraliya İsrail və Livandakı diplomatlarının ailələrini təxliyə edir
25 Fevral 2026 18:19   Paylaş

Avstraliya hökuməti İsrail və Livandakı diplomatlarının ailə üzvlərinin təhlükəsizlik səbəbindən təxliyəsini həyata keçirəcək.

"Stabil.az" bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Avstraliyanın Təl-Əviv və Beyrutdakı səfirlikləri fəaliyyətini davam etdirəcək. Eyni zamanda, vətəndaşlara İsrail, Livan və İrana səfər etməməklə bağlı mövcud tövsiyə dəyişməz olaraq qalır. Həmçinin, bu ölkələrdə olan avstraliyalılara oranı ən qısa zamanda tərk etmələri tövsiyə olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol