Avstraliya hökuməti İŞİD-lə əlaqəli vətəndaşların Suriyadan qayıdışına dəstək verməyəcək
17 Fevral 2026 09:42   Paylaş

Avstraliyanın baş naziri Entoni Albanese bildirib ki, İŞİD-lə əlaqəli bir qrup ölkə vətəndaşının vətənə qayıtmaq cəhdləri üçün hökumət tərəfindən hər hansı dəstək göstərilməyəcək.

"Stabil.az" xəbər verir ki, bu barədə "The Australian" qəzeti məlumat yayıb.

Baş nazir qeyd edib ki, Avstraliya hökuməti əvvəllər İŞİD-i dəstəkləmiş və hazırda ölkəyə qayıtmağa çalışan bir qrup Avstraliya vətəndaşının geri dönüşündə maraqlı deyil.

"Bu şəxslər İŞİD-i dəstəkləmək üçün xaricə səfər ediblər. Biz onlara kömək etməyəcəyik və onların vətənə qaytarılmasını təşkil etməyəcəyik", – deyə Albanese bildirib.

Hökumət başçısı vurğulayıb ki, həmin şəxslərdən hər hansı biri Avstraliyaya qayıdarsa, dərhal Avstraliya qanunvericiliyinə uyğun olaraq tam həcmdə məsuliyyətə cəlb ediləcək.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol