Avropada və ABŞ-da dekabr ayı üçün qaz istehlakı rekord səviyyəyə yaxınlaşıb
Ötən ilin dekabr ayında Avropa İttifaqında təbii qaz istehlakı illik müqayisədə 0,3% artaraq 40 milyard kubmetrə çatıb.
“Stabil.az” xəbər verir ki, məlumat Qaz İxrac edən Ölkələr Forumunun (GECF) hesabatına əsaslanır. Artım əsasən yaşayış sektorunda istilik tələbatının yüksəlməsi və ötən ilin eyni dövrünə nisbətən daha aşağı orta temperatur fonunda qazla işləyən elektrik stansiyalarında istehsalın artması ilə əlaqədardır.
Eyni zamanda ABŞ-da təbii qaz istehlakı illik müqayisədə 6,8% artaraq 99,5 milyard kubmetr səviyyəsinə çatıb. Artım əsasən yaşayış və kommersiya sektorunda tələbatın artması, həmçinin ölkənin şimal regionlarında soyuq havaların məkanların qızdırılmasına olan ehtiyacı artırması ilə izah olunur.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqli həyata keçirilir.
Qeyd edək ki, indiyədək TAP vasitəsilə Avropaya 54 mlrd. Kubmetrdən artıq qaz nəql olunub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





