Avropada qaz və benzin qiymətləri yüksəlir
2 Mart 2026 18:17   Paylaş

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı və Qətərdə maye qaz istehsalının dayanması Avropada qazın min kubmetr qiymətinin 500 dolları keçməsinə səbəb olub.

"Stabil.az" xəbər verir ki, bu barədə London ICE birjasının məlumatında deyilir. Məlumata görə, Niderlanddakı TTF qovşağında maye yanacağın aprel fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 515 dollara çatıb.

Eyni zamanda, Avropada benzinin qiyməti də yanvar ayından bəri ən yüksək həddə çatıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol