Avropada qar uçqunları ölüm hallarını artırıb, ən çox itki İtaliyada qeydə alınıb
Avropada 2025–2026-cı ilin qış mövsümündə baş verən qar uçqunları nəticəsində ölənlərin sayı 70-dən 136 nəfərə yüksəlib və ən çox itki İtaliyada olub.
"Stabil.az" İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Uçqun Xəbərdarlıq Xidmətləri məlumat yayıb. Bildirilib ki, ən çox itki İtaliyada qeydə alınıb – burada 38 nəfər qar uçqunu nəticəsində həyatını itirib. Fransa 32 nəfərlə ikinci, Avstriya isə 30 nəfərlə üçüncü yerdə qərarlaşıb.
Məlumata görə, ən faciəli hadisə noyabrın 1-də İtaliyanın Cima Vertana dağında baş verib və nəticədə bir qrup alpinist həlak olub.
Qeyd olunub ki, Avropada qar uçqunları ilə bağlı daha yüksək ölüm göstəricisi sonuncu dəfə 2017–2018-ci illərin qış mövsümündə qeydə alınıb. Həmin dövrdə 147 nəfər bu təbii hadisə nəticəsində həyatını itirmişdi. Mütəxəssislər qar uçqunlarının sayında artımı iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





