Avropada maye qaz idxalında yeni rekordlar gözlənilir
Avropanın maye qaz idxalı 2025-ci ildə tarixi maksimuma çatıb və 2026-cı ildə onun daha da artacağı proqnozlaşdırılır.
"Stabil.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin qaz bazarı üzrə hesabatında qeyd olunub.
Məlumata görə, 2025-ci ildə Avropaya maye qaz idxalı 30 faiz və ya 40 milyard kubmetr artaraq rekord səviyyə olan 175 milyard kubmetrə yüksəlib. Artan daxili tələbat, boru kəməri ilə qaz idxalının azalması, həmçinin aprel–oktyabr aylarında anbarlara vurulan qaz həcminin artması Avropada maye qaz qiymətlərinin Asiya bazarları ilə müqayisədə daha yüksək qalmasına səbəb olub. Bu isə Avropaya maye qaz tədarükünü stimullaşdırıb.
Hesabatda bildirilir ki, 2025-ci ildə Avropanın qaz balansında maye qazın payı əvvəlki ildə qeydə alınan 30 faizdən 38 faizə yüksəlib.
Agentliyin proqnozuna əsasən, Avropanın maye qaz idxalı 2026-cı ildə də artaraq 185 milyard kubmetrə çatacaq. Bu artım qaz ehtiyatları ilə bağlı yeni tələblər və Avropadan Ukraynaya qaz ixracının yüksəlməsi ilə əlaqələndirilir.
Bundan əlavə, qeyd olunur ki, 2026-cı ildə Norveçdən Avropaya boru kəməri ilə qaz tədarükü təxminən 2024-cü il səviyyəsinə qayıdacaq, Şimali Afrika və Azərbaycandan idxal həcmi isə bir qədər artacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə




