Avropa Parlamentindən Google qərarı: Cümə axşamından etibarən Qwant axtarış sisteminə keçir
3 İyun 2026 10:36   Paylaş

Avropa Parlamenti cümə axşamından etibarən daxili kompüterlərində “Google” əvəzinə Fransanın “Qwant” axtarış sistemindən istifadə etməyə başlayacaq.

"Stabil.az" xəbər verir ki, qərar Avropa Parlamentinin üzvlərinə daxili bildirişdə çatdırılıb.

Qeyd olunub ki, "Qwant" 4 iyun tarixindən etibarən Avropa Parlamentinin kompüterlərində standart axtarış sistemi olacaq.

Dəyişiklik qurumun rəqəmsal suverenlik və istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı siyasəti ilə izah olunub.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol