Avropa Parlamenti Ukraynaya maliyyə dəstəyi üçün 90 milyard avro kredit ayırdı
11 Fevral 2026 17:14   11 Feb 2026 17:29 Paylaş

Avropa Parlamenti Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kreditin 60 milyard avrosu müdafiə xərclərinə yönəldiləcək.

"Stabil.az" xəbər verir ki, Avropa Komissiyasının təklifi parlamentdə 458 səs lehinə, 140 səs əleyhinə və 44 bitərəf səslə qəbul olunub.

Avropa Parlamentinin iclas materiallarında qeyd olunur ki, 26 üzv dövlət 2025-ci il oktyabrın 23-də Avropa Komissiyasına Ukraynaya maliyyə dəstəyinin mümkün qədər tez təqdim olunmasını tapşırıb.

Kredit Avropa İttifaqının maliyyə bazarlarından toplanan vəsaitlər hesabına maliyyələşdiriləcək, faiz ödənişləri isə Aİ büdcəsi tərəfindən qarşılanacaq.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol