Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Kiyevdə səfərdədir
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ukrayna paytaxtına səfərə gəlib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Komissiyasının Prezidenti səfərlə bağlı sosial mediada paylaşım edib.
Fon der Lyayen qeyd edib ki, bu, tammiqyaslı müharibə dövründə onun Ukraynaya 11-ci səfəridir.
“Bu, xüsusi bir məqamdır. Ukrayna güclü hərbi impuls qazanıb. Vəziyyət yaxşılığa doğru dəyişir. Daha çox və daha sürətli istehsala nail olmağımız üçün müdafiə sənayemizi inteqrasiya etmək məqsədilə yeni təşəbbüslər elan edəcəyəm”, - deyə Avropa Komissiyasının Prezidenti bildirib.
Onun sözlərinə görə, səfər əsnasında Ukraynanın Avropa İttifaqına üzvlüyü və qışa hazırlıq məsələləri də müzakirə olunacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





