Avropa İttifaqı Yaxın Şərq ölkələrinə böyük həcmdə yardım ayırır
Aİ Yaxın Şərq ölkələrinə 458 milyon avro məbləğində humanitar yardım göstəriləcəyini bəyan edib.
"Stabil.az" xəbər verir ki, bu barədə Avropa Komissiyasının "X" sosial şəbəkəsindəki hesabında bildirilib.
"Biz Fələstin, Livan, Suriya, İordaniya və Misir əhalisinə dəstək məqsədilə humanitar yardıma 458 milyon avro ayırırıq. Heç kimin diqqətdən kənarda qalmaması üçün beynəlxalq humanitar hüquq normalarına riayət etməyə və tərəfdaşlarımızla əməkdaşlığa əvvəlki kimi sadiqik", - məlumatda qeyd edilib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





