Avropa İttifaqı Şurasının rəhbəri Azərbaycana səfər edib
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycana rəsmi səfər edib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





