Avropa İttifaqı SEPAH və iki İran vətəndaşına qarşı sanksiya tətbiq edib
8 İyun 2026 17:46   Paylaş

Avropa İttifaqı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid səbəbindən iki İran vətəndaşını və SEPAH bölməsini sanksiya siyahısına daxil edib.

"Stabil.az"ın məlumatına görə, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) bəyanatında qeyd olunub.

Sanksiya siyahısına SEPAH-ın Hörmüzgan əyalətinin Hərbi-Dəniz Qüvvələrinin komandanlığı, həmçinin Məhəmməd Əkbərzadə və Həmid Hüseyni daxil edilib.

Məlumatda bildirilib ki, Əkbərzadə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin siyasi məsələlər üzrə komandir müavini, Hüseyni isə İranın neft, qaz və neft-kimya məhsulları ixracatçıları İttifaqının nümayəndəsidir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol