Avropa İttifaqı müdafiə xərclərini 7 trilyon avroya çatdıracaq
23 İyun 2026 19:34   Paylaş

Avropa İttifaqına üzv ölkələr hərbi güc baxımından Rusiyanı üstələmək məqsədilə növbəti 10 il ərzində silah istehsalına 7 trilyon avro xərcləməlidirlər.

"Stabil.az" xəbər verir ki, müdafiə məsələləri üzrə Avropa komissarı Andrius Kubilius Brüsseldə keçirilən hərbi konfransda Aİ-nin strateji məqsədini bu şəkildə ifadə edib.

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri müdafiə xərclərini ümumdaxili məhsullarının 5 faizinə çatdırmaq barədə NATO öhdəliklərinə uyğun olaraq növbəti 10 il ərzində bu sahəyə təxminən 7 trilyon avro xərcləyəcəklər.

Andrius Kubilius, eyni zamanda, Kiyevin Avropa müdafiə birliyinə və Aİ-nin hərbi bazarına tam inteqrasiyasına, həmçinin Avropa hərbi sənayesi ilə Ukrayna istehsalının vahid hərbi kompleksdə birləşdirilməsinə çağırıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol