Avropa İttifaqı-MERCOSUR əməkdaşlığı Paraqvayda yeni mərhələyə keçəcək
Avropa İttifaqı (Aİ) bu gün Asunsionda (Paraqvay) Cənubi Amerika ölkələrinin ümumi bazarı MERCOSUR ilə azad ticarət sazişi imzalayacaq.
"Stabil.az" “Report”a istinadən xəbər verir ki, mərasimdə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta iştirak edəcək. Sənədi Aİ adından Avropanın ticarət üzrə komissarı Maroş Şefçoviç imzalayacaq.
Avropa Komissiyasının açıqlamasında qeyd olunub ki, bu imzalanma Aİ və MERCOSUR arasında 25 illik danışıqların yekunu olmaqla, dünyada ən böyük azad ticarət zonalarından birini formalaşdırır. Bu zona 700 milyondan çox insanı əhatə edir.
MERCOSUR ilə saziş 60 min Avropa ixracatçısına ixrac rüsumlarında ildə təxminən 4 milyard avro qənaət və sadələşdirilmiş gömrük prosedurlarından faydalanmaq imkanı verəcək. 2040-cı ilə qədər Aİ-nin MERCOSUR-a ixracının təxminən 50 milyard avro, əks istiqamətdə artımın isə 9 milyard avro olacağı gözlənilir.
Qeyd edək ki, Paraqvay hazırda MERCOSUR-a sədrlik edir. Blokun digər iştirakçıları Argentina, Braziliya və Uruqvaydır.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





