Avropa İttifaqı İrana qarşı yeni sanksiyaları təsdiqlədi
11 Mart 2026 18:10   Paylaş

Avropa İttifaqına üzv ölkələrin səfirləri, insan hüquqlarını pozmaqda ittiham olunan 19 şəxs və təşkilata qarşı yeni sanksiyaları qəbul edib.

"Stabil.az" xəbər verir ki, Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas bu barədə özünün sosial media hesabında yazıb. “Bu gün üzv ölkələrin səfirləri ciddi insan hüquqları pozuntularında məsul olan 19 rejim rəsmisi və təşkilatına qarşı yeni sanksiyaları təsdiqləyib”, - deyə Kaya Kallas bildirib.

Qeyd edək ki, bundan öncə, yanvarın 29-da Brüssel İranda hökumət əleyhinə etirazların yatırılmasında məsul olan təhlükəsizlik xidmətinin 15 zabitinə və ölkənin daxili işlər nazirinə qarşı sanksiyalar tətbiq etmişdi.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol