Avropa İttifaqı - ABŞ ticarət sazişi üzrə qanunvericilik prosesi davam edir
Avropa qanunvericiləri Aİ ilə ABŞ arasındakı ticarət sazişinin icrası üçün mühüm hüquqi irəliləyişlər əldə etsələr də, sənədin tam yekunlaşması üçün hələ də razılaşdırılmalı məqamlar qalmaqdadır.
"Stabil.az"ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bunu Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange bildirib.
Onun sözlərinə görə, Aİ hökumət nümayəndələri ilə danışıqların ikinci mərhələsi layihənin bir sıra müddəaları üzrə fikir ayrılıqlarının aradan qaldırılmasına kömək edib. Xüsusilə, tərəflər təminat mexanizmi, eləcə də sazişin nəzərdən keçirilməsi və qiymətləndirilməsi ilə bağlı mövqelərini yaxınlaşdırıblar.
Avropa Parlamentinin açıqlamasında deyilir ki, danışıqların növbəti mərhələsi mayın 19-da Strasburqda keçiriləcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





