Avropa İttifaqı ABŞ-da keçiriləcək Sülh Şurasına qatılır
16 Fevral 2026 18:46   Paylaş

Avropa İttifaqı ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurasının fevralın 19-da keçiriləcək iclasında müşahidəçi statusunda iştirak edəcək.

"Stabil.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Aİ Komissiyasının sözçüsü Qiyyom Mersye jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aİ Komissarı Dubravka Şuisa ABŞ-da baş tutacaq Sülh Şurasının iclasında müşahidəçi qismində iştirak edəcək: "Aİ iclasda Qəzzada atəşkəsin tətbiqi ilə bağlı uzunmüddətli öhdəliyimiz və həmçinin Qəzzada tikinti və müharibə sonrası bərpa işlərinə dəstək vermək məqsədilə beynəlxalq səylərə qatılmaq üçün iştirak edir".



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol