Avropa çempionatının ilk günü: Azərbaycanın yunan-Roma güləşçiləri 2 medal qazanıblar
21 Aprel 2026 23:00   22 Apr 2026 02:00 Paylaş

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının ilk gününü 2 bürünc medalla başa vurublar.

"Stabil.az" xəbər verir ki, son olaraq İslam Abbasov (87 kiloqram) üçüncü yer uğrunda qarşılaşmada rəqibinə qalib gəlib.

Daha əvvəl Rəşad Məmmədov (55 kiloqram) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol