Avropa çempionatında uğur qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıblar
20 Aprel 2026 12:12   Paylaş

Polşada şahmat üzrə şəxsi Avropa çempionatının bağlanış mərasimində medal qazanan Azərbaycan şahmatçıları mükafatlandırılıb.

"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, qitə çempionatında müvafiq olaraq ikinci və üçüncü yeri tutan Azərbaycan təmsilçiləri Nicat Abasovla Aydın Süleymanlıya gümüş və bürünc medal, o cümlədən kubok təqdim olunub.

Qeyd edək ki, gümüş və bürünc medalçı Nicat Abasovla Aydın Süleymanlı, eyni zamanda dördüncü yeri tutan Məhəmməd Muradlı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanıblar.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol