Avropa çempionatında 9-cu tur yekunlaşıb: Nicat Abasov liderliyə yüksəlib
Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə şəxsi Avropa çempionatında 9-cu turun oyunları yekunlaşıb.
"Stabil.az" xəbər verir ki, hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edən azərbaycanlı şahmatçı Nicat Abasov liderliyə yüksəlib. Digər şahmatçımız Aydın Süleymanlı ispan David Giharro ilə heç-heçə edib. Hazırda 7 xal toplayan Aydın Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Giharro 9 turdan sonra 1-2-ci yerləri bölüşür. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.
Bu gün oynanılacaq 10-cu tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Giharronun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.
Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.
Qeyd edək ki, Avropa çempionatında ilk iyirmilikdə qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaqlar.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





