Avropa çempionatı: Azərbaycanın 5 güləşçisi yarımfinala çıxıb
Bu gün Serbiyanın Zrenyanin şəhərində U-23 Avropa çempionatında Azərbaycanın 5 sərbəst güləşçisi çıxış edib.
"Stabil.az" AZƏRTAC-a istinadən xəbər verir ki, Ceyhun Allahverdiyev (61 kiloqram), Ağanəzər Novruzov (74) kiloqram), Vasif Xudiyev (86 kiloqram), Ali Tsokayev (92 kiloqram) və Yusif Dursunov (125 kq) inamlı çıxış edərək yarımfinala yüksəliblər.
Ötən gün Vasif Bağırov (57 kiloqram) və Səbuhi Əmiraslanov (79 kiloqram) adlarını finala yazdırıblar. Musa Ağayev (65 kiloqram) ilə Zəfər Əliyev (97 kiloqram) bürünc medal uğrunda güləşəcəklər. Ramik Heybətov (70 kiloqram) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





