"Atletiko" Ronald Arauxonu transfer etmək istəyir
İspaniyanın "Atletiko" klubu "Barselona"nın müdafiəçisi Ronald Arauxonu transfer etmək niyyətindədir.
"Stabil.az" xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone 27 yaşlı müdafiəçini yaxından izləyir.
Oyunçunun hücumçu Xulian Alvaresin "Barselona"ya keçidində birbaşa və ya dolayı yolla iştirakı mümkündür.
Xatırladaq ki, Ronald Arauxonun "Barselona" ilə 2031-ci ilin yayınadək müqaviləsi var.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





