Aşura günündə qanvermə aksiyalarında indiyədək 765,45 litr qan toplanıb
25 İyun 2026 12:22   25 Jun 2026 12:28 Paylaş

Saat 12:00-a olan ilkin göstəricilərə əsasən, 1 701 nəfər könüllü donor qan verib.

"Stabil.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

Qeyd edək ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol