“Aston Villa” Morqan Rocersi komandada saxlamaq istəyir
İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Morqan Rocersin komandanı tərk etməyəcəyi və heyətdə saxlanılacağı gözlənilir.
"Stabil.az" xarici mediaya istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində Avropanın bir neçə aparıcı klubu maraqlıdır.
Futbolçunu heyətinə qatmaq istəyən komandalar arasında İngiltərə Premyer Liqası təmsilçilərindən "Çelsi", "Liverpul", "Mançester Yunayted" və Madrid "Real"ı yer alır. Lakin yarımmüdafiəçinin hazırkı klubu ilə yola davam edəcəyi bildirilir.
M.Rocersin "aslanlar"la müqavilə müddəti 2031-ci ilə qədərdir.
Qeyd edək ki, o, cari mövsümdə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 48 matçda 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





