Astara gömrük postunda 51 kiloqram marixuana aşkarlanıb
6 Fevral 2026 13:50   Paylaş

Dövlət Gömrük Komitəsinin (DGK) Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin Azərbaycandan tranzit keçirilməsinin qarşısı alınıb.

"Stabil.az" DGK-yə istinadən xəbər verir ki, narkotik “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.

Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda gizlədilmiş, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram olan marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol