Astanada 20 Yanvar faciəsinin xatirəsi yad edildi
20 Yanvar 2026 13:30   Paylaş

Azərbaycanın Qazaxıstandakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümünə – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

"Stabil.az" "Report”a istinadən xəbər verir ki, tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin səfirliyin binasında ucaldılmış büstü və 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş stendi önünə gül dəstələri qoyulub.

Tədbir iştirakçıları həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol