ASCO tankerləri aprel ayında 340 min tondan çox yük daşıyıb
25 May 2026 19:35   Paylaş

Bu ilin aprel ayında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tanker donanması ilə 340,786 ton yük daşınıb.

"Stabil.az" bu barədə səhmdar cəmiyyətinə istinadən məlumat verib.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 37,3 % çoxdur. Belə ki, 2026-cı ilin mart ayında tankerlərlə daşınan yükün həcmi 248,286 ton təşkil edib.

Cari ilin yanvar-aprel ayları ərzində isə ASCO-nun tankerləri ilə ümumilikdə 1,226,025 ton yük daşınıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol