ASCO-da quru yük daşımalarının həcmi 43% yüksəlib
Bu ilin yanvar-avqust aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) quru yük gəmiləri ilə həyata keçirdiyi daşımaların həcmi ötən ilin eyni dövrünə nisbətən 43% artıb.
"Stabil.az" bu barədə ASCO-ya istinadən məlumat verib.
Bildirilib ki, ötən ilin 8 ayında quru yük gəmiləri ilə 875 min 950 ton yük daşındığı halda, 2026-cı ilin eyni dövründə bu göstərici 1 milyon 252 min 097 ton təşkil edib.
Cari ilin avqust ayında isə quru yük gəmiləri ilə 168 min 967 ton yük daşınıb. Ötən ilin avqust ayında isə bu göstərici 95 min 584 ton olub. Nəticədə, 2026-cı ilin avqustunda daşınan yükün həcmi ötən ilin eyni ayı ilə müqayisədə 73 min 383 ton və ya 77 % çox olub.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





