ASCO Balakən gəmi-bərəsini yenidən istifadəyə verib
17 Fevral 2026 11:28   Paylaş

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Balakən" gəmi-bərəsinin təmiri yekunlaşıb.

"Stabil.az"ın ASCO-ya istinadən verdiyi məlumata görə, təmir prosesi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda həyata keçirilib. İşlər çərçivəsində gəminin gövdə-qaynaq, boruquraşdırma və elektrik sistemləri yenilənib, buxar qazanı və sukeçirməyən qapılar dəyişdirilib.

Bundan əlavə, göyərtə kranlarının mexaniki və elektrik hissələri, heyətin yaşayış və xidməti otaqları da təmir olunub. Bərənin suüstü hissəsi və vaqon göyərtəsi təmizlənərək ikiqat boya ilə rənglənib.

Təmir başa çatdıqdan sonra "Balakən" gəmi-bərəsi Qazaxıstanın Kurık limanı istiqamətində ilk səfərinə çıxıb.

Uzunluğu 154,8 metr, eni 17,5 metr olan "Balakən" gəmi-bərəsinin maksimal sürəti 12,5 düyün, dedveyti isə 5 400 ton təşkil edir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol