"Arsenal" "Tottenhem"in kapitanı Kristian Romeronu transfer etməyi planlaşdırır
İngiltərənin "Arsenal" klubu "Tottenhem"in müdafiəçisi və kapitanı Kristian Romeronun transferi ilə bağlı maraq göstərir.
"Stabil.az" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, argentinalı müdafiəçinin "Tottenhem"dəki gələcəyi sual altındadır. 28 yaşlı futbolçu ilə daha əvvəl İtaliyanın "İnter" klubu maraqlanıb, həmçinin Madrid "Atletiko"su onun transferi üçün cəhd göstərib.
"Topçular" hazırda müdafiə xəttini gücləndirmək məqsədilə Romero ilə bağlı vəziyyəti izləyirlər.
"Tottenhem"in komandanın kapitanını əsas rəqiblərindən birinə satmağa isti yanaşmadığı bildirilir. Bununla yanaşı, London klubu hələlik "Arsenal"dan rəsmi təklif almayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





