“Arsenal” klubu Martin Edeqor üçün 90 milyon avro istəyir
İngiltərə klubu yarımmüdafiəçisi Martin Edeqorun mümkün transferi üçün 90 milyon avro tələb etməyi planlaşdırır.
"Stabil.az" "Teamtalk"a istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı norveçli üçün təxminən 90 milyon avro tələb edir.
2021-ci ilin avqustundan İngiltərə komandasında çıxış edən futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 36 oyunda 1 qol vurub və 8 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" onun dəyərini 70 milyon avro qiymətləndirir.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





