"Arsenal" İngiltərə Kubokunda ilk 30 dəqiqədə dörd qol vurdu
Arsenal London komandası İngiltərə Kubokunda oyunun ilk 30 dəqiqəsində dörd qol vuraraq Uiqan-ı 4:0 hesabı ilə məğlub edib.
"Stabil.az"ın "Opta Sports"a istinadən verdiyi məlumata görə, "topçular" 1992/1993 mövsümündən bəri bu yarışda oyunun ilk yarım saatında dörd qol vuran ilk Premyer Liqa komandasıdır.
Hazırda Arsenal İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. "Mançester Siti" isə londonlulardan 4 xal geridə qalaraq ikinci pillədə qərarlaşıb.
Növbəti Premyer Liqa oyununu Arsenal səfərdə Vulverhempton komandası ilə keçirəcək.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





