"Arsenal" Endrikin transferi üçün "Real"a 100 milyon avro təklif etməyə hazırlaşır
İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın gənc hücumçusu Endriki heyətinə qatmaq məqsədilə 100 milyon avro məbləğində təzminat ödəməyə hazır olduğunu bəyan edib.
"Stabil.az" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "topçular" hazırda icarə əsasında Fransanın "Lion" klubunda çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta 19 yaşlı forvardın komandada rəqabəti artıracağına inanır.
Gənc oyunçu 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya "Real"a transfer olunub. Az forma şansı əldə edən futbolçu qışda "Lion"a icarəyə verilib.
Xatırladaq ki, Endrik Liqa 1-də 19 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





