“Arsenal” 100 milyonluq transferə hazırdır
17 Fevral 2026 15:22   Paylaş

Londonun “Arsenal” klubu İspaniya təmsilçisi “Atletik”in yarımmüdafiəçisi Niko Uilyamsın transfer imkanlarını dəyərləndirir.

Bu barədə “Stabil.az” “TEAMtalk” nəşrinə istinadən məlumat yayıb.

Məlumata görə, 23 yaşlı ispaniyalı futbolçu komandadakı mövqeyindən narazıdır və klubunu dəyişmək niyyətindədir. “Arsenal” artıq Uilyamsın agentləri ilə ilkin danışıqlara başlayıb və yaxın vaxtlarda rəsmi təklif göndərməyi planlaşdırır. Transferin yay “transfer pəncərəsi” zamanı reallaşacağı gözlənilir.

Bildirilir ki, London təmsilçisi “Atletik”in tələb etdiyi 100 milyon avronu ödəməyə hazırdır.

Qeyd edək ki, Niko Uilyams cari mövsümdə İspaniya çempionatında 19 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Bilbao klubu ilə müqaviləsi 2035-ci ilin yayına qədər qüvvədədir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol