ARKA 2026-cı il üzrə film layihələri müsabiqəsi elan edib
26 May 2026 19:25   Paylaş

Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” elan edib.

"Stabil.az" ARKA-ya istinadən xəbər verir ki, müsabiqə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, yerli kinematoqrafçıların təcrübəsinin artırılması, kino sənayesinin və müvafiq sahədə özəl sektorun dəstəklənməsi, müvafiq sahədə fəaliyyət göstərən hüquqi şəxslər arasında rəqabət qabiliyyətinin artırılması məqsədi ilə həyata keçirilir.

Müsabiqə üçüm müraciət qəbuluna iyunun 1-də başlanılacaq. Reqlamentlə tanışlıq üçün ARKA-nın rəsmi saytına keçid edə bilərsiniz.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol