Argentina iki ayda rekord sayda əcnəbi deportasiya edib
2025-ci il dekabrın əvvəlindən bəri Argentinadan təxminən 5 min əcnəbi deportasiya edilib və ya ölkəyə girişinə icazə verilməyib ki, bu da rekord göstəricidir.
"Stabil.az" xəbər verir ki, bu barədə Argentinanın Baş naziri Manuel Adorni məlumat verib.
Baş nazirin sözlərinə görə, ötən ilin dekabr ayında 2 min 400, bu ilin yanvar ayının əvvəlindən isə 2 min 300 əcnəbi deportasiya edilib və ya ölkəyə buraxılmayıb.
2025-ci ilin may ayında Argentina Prezidenti Xavyer Miley ölkənin miqrasiya qanunlarını sərtləşdirən fərman imzalayıb. Yeni qaydalar həmçinin Argentinada cinayət törətmiş əcnəbilərin deportasiyasını sadələşdirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





