“Araz-Naxçıvan” iki futbolçusu ilə müqaviləni yeniləyib
“Araz-Naxçıvan” klubu daha iki futbolçusu ilə yeni müqavilə imzalayıb.
"Stabil.az" kluba istinadən xəbər verir ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
Qeyd edək ki, “Araz-Naxçıvan” bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni müqavilə imzalayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





