“Araz-Naxçıvan” heyətini yeni hücumçu ilə gücləndirib
14 İyul 2026 18:44   Paylaş

“Araz-Naxçıvan” klubu qvineyalı hücumçunu transfer edərək heyətini gücləndirib.

"Stabil.az" kluba istinadən xəbər verir ki, qvineyalı hücumçu Mara Mohamedlə 1 illik müqavilə imzalanıb.

Müxtəlif illərdə o, Fransanın “Loryan”, “Paris”, “Evian”, “Martiq”, “Stad Brioşan”, “İyer”, eləcə də Taylandın “Ratçaburi” və “Kançanaburi” klublarında çıxış edib. 30 yaşlı forvard 3 matçda Qvineya yığmasının formasını da geyinib. Futbolçunun həm də Fransa vətəndaşlığı var.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Artur Auqusto Da Silva, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol