“Araz-Naxçıvan” heyətini braziliyalı qapıçı ilə gücləndirib
“Araz-Naxçıvan” yeni mövsüm öncəsi heyətini braziliyalı qapıçı ilə gücləndirdiyini açıqlayıb.
"Stabil.az" kluba istinadən xəbər verir ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva ilə 1 illik müqavilə imzalanıb.
27 yaşlı qolkiper karyerası ərzində ölkəsinin “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense” və “Feyrense” klublarının qapısını qoruyub. Da Silva son olaraq İndoneziyanın “Semen Padanq” komandasında çıxış edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə imzalayıb.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





