AQTA yeni Dövlət Proqramının hazırlanmasını açıqlayıb
Qida təhlükəsizliyinin təmin edilməsinə dair növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır.
"Stabil.az" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əziz Şərifov 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün icra olunan Dövlət Proqramının monitorinqi aparılıb və icra göstəricisi 92 % səviyyəsində qiymətləndirilib.
Əziz Şərifov əlavə edib: "Artıq növbəti dövr üçün yeni Dövlət Proqramı hazırlanır. 'Bitki sağlamlığı haqqında' qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir, 'Heyvan sağlamlığı haqqında' qanun layihəsi isə hazırlanaraq hüquqi ekspertizadan keçib. Eyni zamanda, qida təhlükəsizliyi sahəsində mövcud normativ baza yenilənib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb."
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





