Aqrar Kredit və İnkişaf Agentliyinin maliyyələşdirdiyi texnika satışı 7 500-ü ötüb
29 Yanvar 2026 14:56   Paylaş

Ötən il Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 7 565 kənd təsərrüfatı texnikası və avadanlığının satışı maliyyələşdirilib.

"Stabil.az" Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinə istinadən xəbər verir ki, 2025-ci ildə Agentlik aqrar sektorda fəaliyyət göstərən şəxslərin 5 444 müraciəti üzrə ümumilikdə 112,3 milyon manat məbləğində güzəştli kredit ayırıb.

Ayrılan vəsaitin 62,5 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlərin, 26,8 milyon manatı güzəştli kreditlərin, 23 milyon manatı isə mikrokreditlərin payına düşüb.

Məlumata əsasən, ötən il Agentlik tərəfindən 5 574 baş damazlıq heyvanın — o cümlədən 5 074 baş iribuynuzlu və 500 baş xırdabuynuzlu heyvanın — alınmasına 21,3 milyon manat güzəştli vəsait ayrılıb. Bundan əlavə, kənd təsərrüfatı texnikası və avadanlıqlarının alınması üçün 94 milyon manat məbləğində maliyyə dəstəyi göstərilib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol