Anqolada daşqınlar 40 nəfərin ölümünə səbəb olub
8 Aprel 2026 18:56   Paylaş

Anqolanın qərb bölgəsində daşqınlar nəticəsində 40 nəfər həlak olub.

"Stabil.az" xəbər verir ki, bu barədə SABC radiosu ölkənin fövqəladə hallarla mübarizə xidmətinə istinadən yayıb

Bildirilib ki, itkin düşənlər var. Axtarış aparılır.

Həftənin əvvəlində Anqolanın qərbində qeyri-adi güclü leysan yağışları yağıb. Ən çox ölkənin paytaxtı Luanda və sahilyanı şəhər Benqela zərər çəkib. Məlumata görə, bu şəhərlərdə 600-dən çox ev dağılıb, daha 9,5 min ev su altında qalıb. Təbii fəlakətdən 51 min nəfər zərər çəkib.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol