Anomal istilər Belçikanı Avropada ölüm statistikasında önə çıxarıb
27 İyul 2026 20:38   Paylaş

İyun ayındakı güclü isti dalğası səbəbindən Belçika qitə ölkələri arasında ən yüksək ölüm göstəricisini qeydə alıb.

"Stabil.az" xəbər verir ki, bu barədə “The Brussels Times” nəşri “EuroMOMO” monitorinq şəbəkəsinin göstəricilərinə istinadla məlumat yayıb.

Məlumata əsasən, iyunun son həftəsində Belçika və Fransa “çox yüksək” izafi ölüm səviyyəsi qeydə alınan yeganə ölkələr olub. Mütəxəssislər bildirirlər ki, rekord istilər xüsusilə yaşlılar və xroniki xəstəliklərdən əziyyət çəkən həssas qruplar üçün ciddi təhlükə yaradıb.

Belçikada açıqlanan milli statistikaya əsasən, isti hava dalğası minlərlə əlavə ölümə səbəb olub və bu, 2000-ci ildən bəri ölkədə qeydə alınan ən ağır istilik dalğası hesab edilir.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol