Anna Soave: WUF13 şəhərsalma sahəsində qlobal dialoq üçün açıq və inklüziv platformadır
Azərbaycan qeyri-hökumət təşkilatlarının WUF13-ə göstərdiyi güclü maraq sevindiricidir. Bu forum şəhərsalma sahəsində qlobal dialoq, təcrübə mübadiləsi və tərəfdaşlıq üçün mühüm platformadır.
"Stabil.az" xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının Ölkə Ofisinin rəhbəri Anna Soave QHT-lər üçün “Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.
O qeyd edib ki, WUF açıq və inklüziv platformadır və burada hüquqi baxımdan məcburi qərarlar qəbul edilmir. Forum hökumətləri, yerli icmaları, QHT-ləri, akademik dairələri, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirir.
Anna Soave hazırlıq işlərinin intensiv şəkildə davam etdiyini və Azərbaycan hökumətinin bu tədbirə göstərdiyi yüksək səviyyəli dəstəyin xüsusi qeyd olunmalı olduğunu vurğulayıb.
“WUF13-ün Bakıda keçirilməsi yalnız beynəlxalq tədbir deyil. Bu, həm də Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi yenilikləri və xüsusilə azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma proseslərini qlobal ictimaiyyətə təqdim etmək üçün mühüm imkandır”, – deyə o bildirib.
Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol
Haqqımızda
Əlaqə





