Ankarada hərbi helikopter qəzaya uğrayıb
22 Aprel 2026 10:36   Paylaş

Türkiyənin paytaxtı Ankarada təlim uçuşu zamanı hərbi nəqliyyat helikopterinin qəzaya uğradığı bildirilir.

"Stabil.az" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quru Qoşunlarının Aviasiya Komandanlığına aid "CH-47" nəqliyyat helikopteri təlim uçuşu zamanı hələlik məlum olmayan səbəbdən qəzaya uğrayıb.

"Şəxsi heyətimizdə hər hansı mənfi hal yoxdur. Qəzanın səbəbi aparılacaq ətraflı araşdırma nəticəsində müəyyən ediləcək", - məlumatda vurğulanıb.



Stabil.Az 

Yeniliklərdən xəbərdar olmaq üçün Bizi Google-da izləyin Abunə ol